satellite   Azerspace-1: 11135 H 30000

Çimərlik voleybolu üzrə açıq ölkə çempionatının vaxtında dəyişiklik edilib

Çimərlik voleybolu üzrə açıq ölkə çempionatının vaxtında dəyişiklik edilib

Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə çimərlik voleybolu üzrə açıq ölkə çempionatının vaxtında dəyişiklik edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, iştirakçıların istəyi və müraciətləri nəzərə alınaraq oyunlar iki gün davam edəcək. Bu səbəbdən də yarışa iyulun 29-da deyil, 1 gün tez start veriləcək.

Olimpiya sistemi ilə keçiriləcək çempionatda ilk gün təsnifat mərhələsinin oyunları olacaq. Ardınca qaliblər arasında yenidən püşkatma keçiriləcək və yarışa iyulun 29-da yekun vurulacaq.

Qeyd edək ki, 16 kişi, 15 qadın cütlüyün mübarizə aparacağı açıq Azərbaycan çempionatının oyunları Bakı Su İdmanı Sarayında keçiriləcək. Yarışın qaliblərinə medal, diplom və turnirin sponsorları tərəfindən hədiyyələr veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM