satellite   Azerspace-1: 11135 H 30000

Luis Suaresin yeni klubu bəlli olub

Luis Suaresin yeni klubu bəlli olub

Ötən mövsümün sonunda İspaniyanın "Atletiko" (Madrid) komandasından ayrılan Uruqvay millisinin futbolçusu Luis Suaresin yeni klubu bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə 35 yaşlı hücumçunun özü şəxsi tviter səhifəsində paylaşım edib.

Təcrübəli forvard ölkəsinin "Nasyonal" klubu ilə anlaşdığını və rəsmi müqavilənin imzalanmasını gözlədiyini bildirib.

Qeyd edək ki, 1998 - 2006-cı illərdə də bu komandanın şərəfini qoruyan Luis Suares Niderlandda "Qroningen" və "Ayaks", İngiltərədə "Liverpul" və İspaniyada "Barselona"nın da formasını geyinib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM