satellite   Azerspace-1: 11135 H 30000

Qadın və kişilərdən ibarət yığma komandalarımız Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəklər

Qadın və kişilərdən ibarət yığma komandalarımız Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəklər

İyulun 28-dən avqustun 10-dək Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov mübarizə aparacaq. Qadın şahmatçılardan ibarət yığmada isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva yer alıblar.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 150 ölkədən komandalar iştirak edəcəklər.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası 2016-cı ildə Bakıda keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM