satellite   Azerspace-1: 11135 H 30000

“Vest Hem” klubu İtaliya millisinin futbolçusunu transfer edib

“Vest Hem” klubu İtaliya millisinin futbolçusunu transfer edib

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, London təmsilçisi “Sassulo”nun hücumçusu Canluka Skamakkanı transfer edib. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

İtaliya millisinin üzvü ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb. “Vest Hem”in 23 yaşlı forvard üçün 46+6 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Canluka ötən mövsüm "Sassuolo"nun heyətində bütün turnirlərdə 38 oyuna 16 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM