satellite   Azerspace-1: 11135 H 30000

UEFA Çempionlar Liqası: "Sürix" ilə oyunda "Qarabağ" hesabı bərabərləşdirib

UEFA Çempionlar Liqası: "Sürix" ilə oyunda "Qarabağ" hesabı bərabərləşdirib

UEFA Çempionlar Liqasının ikinci turunun cavab oyunları çərçivəsində İsveçrənin "Sürix" klubu ilə səfər oyununda Ağdamın “Qarabağ” klubu hesabı bərabərləşdirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Letsiqrund” stadionunda keçirilən matçın 56-cı dəqiqəsində "Qarabağ"ın oyunçusu Kadi Borges fərqlənib - 1:1.

Oyunda hesabı da "Qarabağ" açıb. Belə ki, Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev 4-cü dəqiqədə topu öz qapısından keçirib.

Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edir.

Bakıdakı ilk qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzan komanda isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM