satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” - “Ferentsvaroş” oyununu isveçli hakimlər briqadası idarə edəcək

“Qarabağ” - “Ferentsvaroş” oyununu isveçli hakimlər briqadası idarə edəcək

Bakıda Ağdamın “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Görüşün əsas referisi Andreas Ekberq olacaq. Ona yan xətt hakimləri Mehmet Çulum və Niklas Nyuberq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adam Ladebek yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 22:00-da başlayacaq. Cavab oyunu avqustun 9-da Budapeştdə baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM