satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunlarında “Qəbələ” və “Neftçi”nin evdə müvafiq olaraq, Macarıstanın “Fehervar” (2:1) və Kiprin “Aris” klublarına (3:0) qalib gəlməsi, “Zirə”nin isə İsraildə "Makkabi" (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəsi sayəsində mümkün olub. Üç komanda birlikdə ölkəmizin aktivinə daha 0,625 xal gətirib.

Azərbaycan bu mövsüm üzrə xal sayını 1,25-ə, son 5 mövsümdə isə 13,875-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM