satellite   Azerspace-1: 11135 H 30000

PFL-ə yeni prezident seçilib

PFL-ə yeni prezident seçilib

AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) konfransı keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi PFL-in rəsmi saytına istinadən xəbər verir ki, konfransda PFL prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və elitanın 9 klubunun nümayəndələri iştirak ediblər.

Avrokubok oyunlarına görə səfərdə olduqlarından “Zirə” klubunun nümayəndəsi iclasda olmayıb. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.

Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM