satellite   Azerspace-1: 11135 H 30000

Şahmat Olimpiadası: Azərbaycan komandaları növbəti görüşlərini keçirəcək

Şahmat Olimpiadası: Azərbaycan komandaları növbəti görüşlərini keçirəcək

Kişi və qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcəklər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, kişilərdən ibarət yığma ikinci görüşünü Filippin seçməsinə qarşı keçirəcək. Komanda I turda Əlcəzairi 4:0 hesabı ilə üstələyib.

Qadınlar Finlandiyanın müvafiq kollektivi ilə üz-üzə gələcək. Yığma ilk qarşılaşmasında Birləşmiş Ərəb Əmirliklərini məğlub edib - 4:0.

II tur

Filippin – Azərbaycan

Mark Paraqua – Rauf Məmmədov

Rocerio Barcenilya – Qədir Hüseynov

Con Pol Qomes – Vasif Durarbəyli

Paulo Bersamina – Nicat Abbasov

Finlandiya – Azərbaycan

Anastasiya Nazarova – Günay Məmmədzadə

Yoanna Paasikanqas – Xanım Balacayeva

Tanya Tuominen – Gülnar Məmmədova

Sarabella Norlamo – Ülviyyə Fətəliyeva

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM