satellite   Azerspace-1: 11135 H 30000

Cüdo Federasiyası Azərbaycanda cüdonun təşəkkül tapmasının 50 illiyi ilə əlaqədar yubiley loqosunu təqdim edib

Cüdo Federasiyası Azərbaycanda cüdonun təşəkkül tapmasının 50 illiyi ilə əlaqədar yubiley loqosunu təqdim edib

Azərbaycanda cüdonun təşəkkül tapmasının 50 illiyi ilə əlaqədar Azərbaycan Cüdo Federasiyası (ACF) yubiley loqosunu təqdim edib.

Federasiyanın mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, yubiley loqosu yapon dilində xarici sözlərin yazılması üçün istifadə edilən “katakana” metodu əsasında hazırlanıb və stilizə edilmiş “50” rəqəmini nümayiş etdirir.

Loqonun elementləri Azərbaycan dilində “cüdo”, ingilis dilində isə “judo” sözlərini təşkil edən hərflərdən ibarətdir. “50” rəqəminin bu cür texnika ilə əks etdirilməsi cüdo idman növü üçün vacib olan çeviklik və uyğunlaşma prinsiplərini özündə ehtiva edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM