satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” klubunun “Ferenstvaroş”la oyunlarında VAR sistemindən istifadə olunacaq

 “Qarabağ” klubunun “Ferenstvaroş”la oyunlarında VAR sistemindən istifadə olunacaq

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstanın “Ferenstvaroş” komandası ilə oyunlarında video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Bildirilib ki, üçüncü təsnifat mərhələsinin bütün matçlarında ilk dəfə VAR tətbiq olunacaq.

UEFA VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.

Qeyd edək ki, “Qarabağ” və “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM