satellite   Azerspace-1: 11135 H 30000

Cüdo komandamız Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının qızıl medalını qazanıb

Cüdo komandamız Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının qızıl medalını qazanıb

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qarışıq komanda yarışında Azərbaycan komandası uğurla çıxış edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan yığma komandası yarımfinalda Fransa millisini 4:3 hesabı ilə məğlub edərək finala yüksəlib. Millimiz həlledici mərhələdə Ukrayna millisinə 4:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, komandamız fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal əldə edib. İdmançılarımız EYOF 2022-də ümumilikdə cüdo üzrə 2 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM