satellite   Azerspace-1: 11135 H 30000

Bakının “Sabah” klubu Kipr komandası ilə yoxlama oyununda məğlub olub

Bakının “Sabah” klubu Kipr komandası ilə yoxlama oyununda məğlub olub

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” futbol klubu hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, komanda Kiprin Yüksək Liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşıb. Görüş “Nea Salamina”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın yeganə qolunu isə Bəxtiyar Həsənalızadə vurub.

Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM