satellite   Azerspace-1: 11135 H 30000

Qadın futbolçulardan ibarət İngiltərə millisi ilk dəfə Avropa çempionu olub

Qadın futbolçulardan ibarət İngiltərə millisi ilk dəfə Avropa çempionu olub

Qadın futbolçulardan ibarət İngiltərə millisi Avropa çempionu olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, İngiltərənin ev sahibliyi etdiyi çempionatın finalında yerli komanda ilə Almaniya milisi üz-üzə gəlib.

Londondakı "Uembli" stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İngiltərə millisinin heyətində Ella Tun, rəqib komandadan isə Lina Maqull fərqləniblər.

Qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Belə ki, matçın 111-ci dəqiqəsində ingiltərəli futbolçu Kloi Kelli komandasının qələbə topunu vurub.

Beləliklə, görüş İngiltərə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb və komanda tarixində ilk dəfə qitə çempionu olub.

Qeyd edək ki, yarımfinalda İngiltərə İsveçi 4:0, Almaniya isə Fransanı 2:1 hesabı ilə üstələyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM