satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” klubu daha bir futzalçı ilə anlaşıb

“Araz-Naxçıvan” klubu daha bir futzalçı ilə anlaşıb

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” klubu daha bir futzalçı ilə anlaşıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkə çempionu Martin Guimaraes Junior Sinesio ilə müqavilə imzalayıb. Son klubu Qazaxıstanın “Atirau” klubu olan 27 yaşlı braziliyalının ampluası müdafiəçidir.

Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, De Moura Joze Eduardo, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM