satellite   Azerspace-1: 11135 H 30000

Ümumdünya Şahmat Olimpiadası: Komandalarımız Ukrayna və Kuba yığmaları ilə mübarizə aparacaqlar

Ümumdünya Şahmat Olimpiadası: Komandalarımız Ukrayna və Kuba yığmaları ilə mübarizə aparacaqlar

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu gün keçiriləcək 5-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Abasov) Kuba, qadın yığmamız (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva) isə Ukrayna şahmatçıları ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, qadın şahmatçılarımız ötən turların hamısında qələbə qazanaraq 8 xalla ilk pillədə qərarlaşıb. Kişilərdən ibarət komandamız isə (3 qələbə, 1 heç-heçə) 7 xalla 8-ci sıradadır.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparırlar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM