Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsinə görə, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” komandasını üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-17-də, cavab matçları isə avqustun 23-24-də olacaq. “Qarabağ” “Ferentsvaroş”a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
