satellite   Azerspace-1: 11135 H 30000

PSJ-nin futbolçusu "Roma" ilə müqavilə imzalayıb

PSJ-nin futbolçusu "Roma" ilə müqavilə imzalayıb

Fransanın “Paris Sen-Jermen” klubunun və Niderland millisinin yarımmüdafiəçisi Corcinyo Veynaldum karyerasını İtaliyanın “Roma” futbol klubunda davam etdirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano tviter səhifəsində yazıb.

Mənbənin məlumatına görə, niderlandlı yarımmüdafiəçi icarə əsasında İtaliya klubunda çıxış edəcək.

Veynaldum ötən mövsüm 38 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı bildirib ki, Veynaldumun bazar qiyməti 18 milyon avrodur.

Futbolçu əvvəllər “Liverpul”, “Nyukasl”, PSV və “Feyenoord” komandalarında çıxış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM