satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu, “Neftçi”nin UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Avstriyanın "Rapid" (Vyana) klubu üzərində 2:1 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,250 xal gətirib.

Azərbaycan bu mövsüm üzrə xal sayını 1,625-ə, son 5 mövsümdə isə 14,250-yə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM