satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqası: Bu gün “Qarabağ”-“Səbail” qarşılaşması keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün “Qarabağ”-“Səbail” qarşılaşması keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün birinci turun növbəti oyunu baş tutacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, son çempion "Qarabağ" "Səbail"lə mübarizə aparacaq. FIFA referisi Rauf Cabbarovun idarə edəcəyi görüş "Azersun Arena"da saat 20:00-da başlayacaq.

Bu qarşılaşmada "Qarabağ"ın 2 aparıcı futbolçusu - müdafiəçilər Maksim Medvedevlə Kevin Medina zədə səbəbindən iştirak etməyəcəklər.

Ölkə çempionatında komandalar indiyədək 19 dəfə üz-üzə gəliblər ki, bunların da 15-i Ağdam klubunun, 2-si paytaxt təmsilçisinin xeyrinə başa çatıb, iki qarşılaşmada isə qalib müəyyənləşməyib. “Qarabağ” topların nisbətində aşkar üstünlüyə malikdir (38:7).

Ağdam klubu son 6 ev oyununda qələbə qazanıb, son 4 oyunda üç və ya daha çox qol vurulub.

Oyunu hakimlər Rauf Cabbarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı, VAR hakimi Fərid Hacıyev, VAR hakiminin köməkçisi Cəmil Quliyev, hakim-inspektor Babək Quliyev idarə edəcəklər.

Qeyd edək ki, mövsümün ilk qarşılaşmasında "Zirə" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. Tura avqustun 7-də keçiriləcək "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və avqustun 8-də oynanılacaq "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM