satellite   Azerspace-1: 11135 H 30000

Ümumdünya Şahmat Olimpiadası: Komandalarımız Qazaxıstan və Rumıniya təmsilçiləri ilə qarşılaşacaqlar

Ümumdünya Şahmat Olimpiadası: Komandalarımız Qazaxıstan və Rumıniya təmsilçiləri ilə qarşılaşacaqlar

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu gün keçiriləcək 8-ci turda kişilərdən ibarət komandamız (Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) Qazaxıstan, qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva) isə Rumıniya şahmatçıları ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, yeddi turdan sonra hər iki komandamızın aktivində 11 xal var. Kişi şahmatçılarımız turnir cədvəlinin 11-ci, qadın təmsilçilərimiz isə 6-cı pilləsində qərarlaşıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM