"Bavariya" Bundesliqada rekord müəyyənləşdirib

"Bavariya" Bundesliqada rekord müəyyənləşdirib

Mövsümün ilk turunda "Ayntraxt"ı səfərdə 6:1 hesabı ilə darmadağın edən "Bavariya" klubu Almaniya Bundesliqasında rekord müəyyənləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyinin  məlumatına görə, bu, I turun ilk hissəsindən sonra qeydə alınan ən böyük hesablı nəticə olub.

Fasiləyədək 6 qoldan 5-ni Yozua Kimmix, Benjamen Pavar, Sadio Mane, Camal Musiala və Serrj Qnabri vurub. İkinci hissədə "Ayntraxt"dan Randal Kolo Muani fərqi azaltsa da, Musiala dubl edərək, yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, "Bavariya" son 10 ildə Almaniya çempionu olub. "Ayntraxt" isə 2021/2022 mövsümündə Avropa Liqasını qazanıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM