Şahmatçılar Ağbulaqda təlim-məşq toplanışında olublar - FOTOLAR

Şahmatçılar Ağbulaqda təlim-məşq toplanışında olublar<font color=red> - FOTOLAR</font> Şahmatçılar Ağbulaqda təlim-məşq toplanışında olublar<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası yuxarı yaş kateqoriyalı şahmatçılar üçün Ağbulaq İstirahət Mərkəzində 3 günlük təlim-məşq toplanışı təşkil edib.

2-4 avqust tarixlərində keçirilən təlim-məşq toplanışında muxtar respublikada fəaliyyət göstərən şahmat məktəblərindən ümumilikdə 30 şagird və 4 müəllim iştirak edib. Zəka sahibləri 3 gün ərzində intensiv təlim-məşqlərini davam etdiriblər. Beynəlxalq usta Toğrul Həsənzadə “Oyun ortasındakı vəziyyətlər və passiv fiqurun aktivləşdirilməsi” mövzularında və başqa öyrədici mövzularda şahmatçılarla biliklərini bölüşüb.

Təlim-məşq toplanışı çərçivəsində şahmatçıların istirahəti də təşkil olunub, onlar mərkəzin imkanlarından yararlanıb, şahmat yarışlarında iştirak ediblər.

Təlim-məşq toplanışının keçirilməsində məqsəd gənc şahmatçıları qarşıdakı turnirlərə hazırlamaq, onların oyun təcrübəsini artırmaqdan ibarət olub.

Əli Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM