satellite   Azerspace-1: 11135 H 30000

Komandalarımız Ümumdünya Şahmat Olimpiadasında Hindistan və Monqolustan yığmaları ilə mübarizə aparırlar

Komandalarımız Ümumdünya Şahmat Olimpiadasında Hindistan və Monqolustan yığmaları ilə mübarizə aparırlar

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu gün keçirilən 9-cu turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Abasov) Hindistan, qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva) Monqolustan şahmatçıları ilə mübarizə aparırlar.

Qeyd edək ki, 8 turdan sonra kişi şahmatçılarımız 13 xalla 6-cı, qadın təmsilçilərimiz isə 12 xalla 8-ci pillədə qərarlaşıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM