satellite   Azerspace-1: 11135 H 30000

Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti seçilib

Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti seçilib

Hindistanın Çennay şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilib. Ali şahmat qurumunda konqresin son günündə rəhbər vəzifələrə seçkilər reallaşıb.

Azərbaycan Şahmat Federasiyasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, namizədlərin çıxışlarından sonra FIDE prezidenti və üç vitse-prezident postuna seçkilər keçirilib. Ən çox səs toplayan FIDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, hindistanlı dünya çempionu Vişvanatan Anand növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçiliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM