satellite   Azerspace-1: 11135 H 30000

V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının bayraqdarları məlum olub

V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının bayraqdarları məlum olub

Avqustun 9-da keçiriləcək açılış mərasimində Azərbaycan adı yazılan lövhəni güləşçi Hacı Əliyev daşıyacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, üçrəngli bayrağımızı isə atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparacaqlar.

Hacı Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya çempionu, üçqat Avropa çempionu, Avropa Oyunlarının qızıl və bürünc mükafatçısıdır.

Nazim Babayev Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.

Ayşən Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, “Çağırış” kubokunun qalibi, “Qızıl Avropa” liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM