satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ"ın kapitanı "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

"Qarabağ"ın kapitanı "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

"Qarabağ"ın kapitanı Maksim Medvedev Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu da buraxacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov səfərə yollanmamışdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

50 yaşlı mütəxəssis Medvedevin belindəki ağrılara görə matçda iştirak etməyəcəyini söyləyib. 33 yaşlı müdafiəçi Bakıdakı ilk qarşılaşmanı da buraxıb.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM