satellite   Azerspace-1: 11135 H 30000

"Barselona" Messini 2023-cü ildə geri qaytarmaq üçün danışıqlar aparır

"Barselona" Messini 2023-cü ildə geri qaytarmaq üçün danışıqlar aparır

İspaniyanın "Barselona" futbol klubu argentinalı hücumçu Lionel Messini yenidən komandaya qaytarmaq üçün danışıqlar aparır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Xavi Kampos sosial şəbəkədə məlumat yayıb.

O, qeyd edib ki, kataloniyalılar futbolçunun nümayəndələri ilə 2023-cü ildə komandaya keçidin şərtlərini müzakirə edirlər.

Ssenarilərdən biri Messinin PSJ ilə müqaviləni pozmasını və Barselona ilə bir, yaxud iki mövsümlük müqavilə imzalayacağını nəzərdə tutur.

Futbolçunun Amerika MLS liqasındakı klublardan birinə keçmək təklifi də var.

Xatırladaq ki, Messi 18 il "Barselona"da oynadıqdan sonra komandadan ayrılıb. O, 2021-ci ildə PSJ-nin oyunçusu olub. Klub ötən mövsüm Fransa Birinci Liqasının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM