satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan çempionatları tarixində 13 mininci qol vurulub

Azərbaycan çempionatları tarixində 13 mininci qol vurulub

Azərbaycan çempionatları tarixində 13000-ci qol vurulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, yubiley topu Misli Premyer Liqasının birinci turunun “Sabah” – “Sumqayıt” görüşünə (3:0) təsadüf edib.

Qarşılaşmadakı sonuncu qolun müəllifi olan Kristian Sebalyos ölkə çempionatlarının 30 illik tarixinə düşüb. O, 13 mininci qolun müəllifi olub.

Bu, baş tutan 5100-cü qarşılaşmaya təsadüf edib. Daha 278 matçda texniki nəticə qeydə alınıb.

Qeyd edək ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM