satellite   Azerspace-1: 11135 H 30000

Bu gün UEFA Super Kuboku uğrunda oyunda “Real Madrid” komandası “Ayntraxt”la qarşılaşacaq

Bu gün UEFA Super Kuboku uğrunda oyunda “Real Madrid” komandası “Ayntraxt”la qarşılaşacaq

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Helsinki Olimpiya Stadionunda təşkil olunacaq görüşdə İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları Bakı vaxtı ilə saat 23:00-da qarşılaşacaqlar. Görüşü FIFA referisi ingiltərəli Maykl Oliver idarə edəcək.

Qeyd edək ki, İspaniya klubu UEFA Çempionlar Liqası, Frankfurt təmsilçisi isə UEFA Avropa Liqasının qalibi olduqları üçün Superkubok matçına vəsiqə qazanıblar.

İndiyədək yeddi dəfə Superkubok matçında iştirak edən “Real Madrid” aktivinə dörd qələbə yazdırıb. “Ayntraxt” isə belə bir matça ilk dəfə çıxacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM