satellite   Azerspace-1: 11135 H 30000

“Konya-2021”: Güləşçimiz Mariya Stadnik ilk qələbəsini qazanıb

“Konya-2021”: Güləşçimiz Mariya Stadnik ilk qələbəsini qazanıb

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) V İslam Həmrəyliyi Oyunlarında ilk qələbəsini qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda güləşçimiz qazaxıstanlı Svetlana Ankiçevanı 33 saniyəyə məğlub edib – 10:0.

M.Stadnik “Bakı-2017” dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM