satellite   Azerspace-1: 11135 H 30000

Fəridə Əzizova V İslam Həmrəyliyi Oyunlarında komandamız üçün növbəti medalı təmin edib

Fəridə Əzizova V İslam Həmrəyliyi Oyunlarında komandamız üçün növbəti medalı təmin edib

V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz Fəridə Əzizova uğurla çıxış edərək yarımfinala yüksəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, komandamızın üzvü (67 kq) yarımfinala vəsiqə uğrunda qarşılaşmada Qazaxıstanlı Feruza Yergeşovaya qalib gəlib. O, bununla da özünə minimum bürünc medalı təmin edib.

Qeyd edək ki, taekvondo üzrə komandamızın üzvləri Patimat Abakarova (49 kq) və Cavad Ağayev (68 kq) də yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Xatırladaq ki, bunadək Azərbaycan komandasının üzvləri - atletika üzrə Anna Skidan (çəkicatma) qızıl, Aleksis Kopelyo (üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) isə bürünc medal əldə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM