satellite   Azerspace-1: 11135 H 30000

Titullu güləşçimiz Hacı Əliyev “Konya-2021”ə qələbə ilə başlayıb

Titullu güləşçimiz Hacı Əliyev “Konya-2021”ə qələbə ilə başlayıb

Üçqat Avropa və üçqat dünya çempionu olan sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz İran idmançısı Morteza Hasanali ilə qarşılaşıb. Görüşdə hesabda geridə olmasına baxmayaraq, əzmkarlıq nümayiş etdirən H.Əliyev (8:4) inamlı qələbə qazanaraq yarımfinala yüksəlib.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM