Qadın güləşçimiz Mariya Stadnik (50 kq) V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda güləşçimiz yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən M.Stadnik finala yüksəlib.
