satellite   Azerspace-1: 11135 H 30000

Taekvondoçumuz V İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb

Taekvondoçumuz V İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz bürünc medal qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, komandamızın üzvü Patimat Abakarova (49 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün həmçinin taekvondoçularımız Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) da finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, bundan əvvəl Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma), Alyona Kolesnik (güləş, 59 kq) gümüş, Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medala sahib olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM