satellite   Azerspace-1: 11135 H 30000

Güləşçimiz Hacı Əliyev İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi adını qazanıb

Güləşçimiz Hacı Əliyev İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi adını qazanıb

Sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz finalda albaniyalı Zelimxan Abakarova “tuşe” ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, dörddəbir finalda üçqat Avropa və üçqat dünya çempionu olan güləşçimiz İran idmançısı Morteza Hasanaliyə qalib gələrək yarımfinala adlayıb. Növbəti görüşünü özbəkistanlı Umidjon Jalolova qarşı keçirən H.Əliyev xalçadan qalib ayrılıb və finala yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM