satellite   Azerspace-1: 11135 H 30000

Hacı Əliyev: Əsas hədəfim 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır

Hacı Əliyev: Əsas hədəfim 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır

Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də idmançıları tək qoymadı və bizimlə görüşdü. Ona görə də qələbəmi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr edirəm.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) jurnalistlərə müsahibəsində deyib.

“2017-ci ildə Bakıdakı Oyunlarda da qalib gəlmişdim. Sevindirici haldır ki, burada da qızıl medal qazandım. Dörddəbir final qarşılaşmasında hakim ədalətsizliyi ilə üzləşdim. Mənə qarşı çox haqsızlıq oldu. Amma buna baxmayaraq, xalçada öz gücümü göstərdim”, - deyə güləşçi əlavə edib.

Əsas hədəfinin 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğur qazanmaq olduğunu deyən H.Əliyev bildirib ki, qarşıda dünya çempionatı var: “Orada iştirak edib-etməyəcəyimi bilmirəm. Bütün gücümü Olimpiadaya saxlamaq istəyirəm. Gələn il lisenziya turnirləri var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM