satellite   Azerspace-1: 11135 H 30000

3x3 basketbol idman növü üzrə Avropa çempionatında millimizin rəqibləri müəyyənləşib

3x3 basketbol idman növü üzrə Avropa çempionatında millimizin rəqibləri müəyyənləşib

Sentyabrın 9-11-də Avstriyanın Qrats şəhərində baş tutacaq 3x3 basketbol idman növü üzrə Avropa çempionatında milli komandamız "D" qrupunda mübarizə aparacaq.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, yığmamızın qrupdakı rəqibləri Belçika və Hollandiya komandaları olacaq. Millimiz qrupda hər iki görüşünü sentyabrın 9-da keçirəcək. Yığmamızın ilk görüşü Bakı vaxtı ilə saat 18:45-də Belçika seçməsi, ikinci görüşü isə saat 21:30-da Hollandiya komandası ilə olacaq.

Qeyd edək ki, qrupda ilk iki pilləni tutan komandalar 1/4 final mərhələsinə yüksələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM