satellite   Azerspace-1: 11135 H 30000

Avropa çempionatı: Şahmatçılarımız liderlər qrupunda mübarizəni davam etdirirlər

Avropa çempionatı: Şahmatçılarımız liderlər qrupunda mübarizəni davam etdirirlər

Şahmatçılarımız Praqada qadınlar arasında keçirilən Avropa çempionatında liderlər qrupunda mübarizəni davam etdirirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, təmsilçilərimiz Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova 4 turda 3,5 xal toplayaraq 1-8-ci yerləri bölüşürlər.

Komandamızın digər üzvləri Ləman Hacıyeva 3, Gövhər Beydullayeva 2,5, Səbinə İbrahimova və Xanım Balacayeva 2 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM