satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: Cüdoçumuz Şahin Oruczadə finala vəsiqə qazanıb

Dünya çempionatı: Cüdoçumuz Şahin Oruczadə finala vəsiqə qazanıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçular arasında dünya çempionatına start verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yarışda cüdoçumuz Şahin Oruczadə (55 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Həlledici mərhələdə onun rəqibi fransalı Zaçarie Dijol olacaq. Komandamızın digər üzvü Məhəmməd Məmişov (50 kq) isə final uğrunda Sebestyen Kollar ilə mübarizə aparacaq.

Qeyd edək ki, cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM