satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan" I Diviziona iddialı başlayıb

"Araz-Naxçıvan" I Diviziona iddialı başlayıb

Futbol üzrə Azərbaycan I Divizionunun ilk turunda bu gün “Araz-Naxçıvan” “Qarabağ-2”ni qəbul edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunda baş tutan qarşılaşmada Naxçıvan təmsilçisi "Qarabağ-2" komandası üzərində 5-1 hesablı qələbə qazanıb.

Görüşdə "Araz-Naxçıvan"ın heyətində Ege Atlam Adnan, Fərid Kərimzadə, Turqay Əlizadə və De Saboa İv Lüsyen (2 qol) fərqlənib. Qonaqların yeganə qolunun müəllifi isə Mirmövsüm Caniyev olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM