satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Türkiyənin İstanbul şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Püşkatma öncəsi 32 komanda UEFA reytinqindəki mövqelərinə uyğun 4 səbətə bölünüb.

1-ci səbət: "Real Madrid" (İspaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Mançester Siti" (İngiltərə),  "Milan" (İtaliya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), "Ayaks" (Niderland)

2-ci səbət: "Liverpul", "Çelsi", "Tottenhem" (hamısı İngiltərə), "Barselona", "Atletiko" (Madrid), "Sevilya" (hamısı İspaniya), "Yuventus" (İtaliya), "Leyptsiq" (Almaniya)

3-cü səbət: "Borussiya" (Dortmund), "Bayer" (hər ikisi Almaniya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" (Donetsk, Ukrayna), "İnter", "Napoli" (hər ikisi İtaliya), "Benfika", "Sportinq" (hər ikisi Portuqaliya)

4-cü səbət: "Reyncers" (Şotlandiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Marsel" (Fransa), "Kopenhagen" (Danimarka), "Brügge" (Belçika), "Seltik" (Şotlandiya), "Viktoriya" (Plzen, Çexiya), "Makkabi Hayfa" (İsrail)

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM