satellite   Azerspace-1: 11135 H 30000

27 il sonra UEFA Çempionlar Liqasının qrup mərhələsində Türkiyənin heç bir klubu mübarizə aparmayacaq

 27 il sonra UEFA Çempionlar Liqasının qrup mərhələsində Türkiyənin heç bir klubu mübarizə aparmayacaq

27 il sonra UEFA Çempionlar Liqasının qrup mərhələsində Türkiyənin heç bir klubu mübarizə aparmayacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 2022/2023-cü il mövsümündə əvvəlcə “Fənərbağça” ikinci təsnifat mərhələsində Kiyev “Dinamo”suna uduzaraq (0:0, 1:2) mübarizəni dayandırıb. “Trabzonspor” isə pley-offda 2 oyunun cəmində Danimarkanın “Kopenhagen” komandasına məğlub olub (1:2, 0:0).

Sonuncu dəfə Çempionlar Liqasının 1995/1996-cı il mövsümündə Türkiyə təmsilçisi qrup mərhələsində yer almayıb. Həmin vaxt “Beşiktaş” pley-offda “Rusenburq”a (Norveç) məğlub olaraq (0:3, 3:1) mübarizəni dayandırmışdı.

Ümumilikdə 3 dəfə yaşanan bu hal ilk dəfə 1992/1993-cü il mövsümündə baş verib.

Qeyd edək ki, “Trabzonspor” yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək. “Fənərbağça” isə turnirin pley-offunda bu gün “Austriya” (Avstriya) ilə cavab oyununa çıxacaq. Bu komandalar arasında ilk oyun Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Türkiyənin digər təmsilçisi “Sivasspor” isə İsveçin “Malmö” klubunu qəbul edəcək (ilk matç - 1:3).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM