satellite   Azerspace-1: 11135 H 30000

Bosniya və Herseqovina - Azərbaycan oyunu heç-heçə yekunlaşıb

 Bosniya və Herseqovina - Azərbaycan oyunu heç-heçə yekunlaşıb

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Millimizin qollarını 3-cü dəqiqədə Nəriman Axundzadə və 73-cü dəqiqədə Qurban Səfərov vurublar.

Qeyd edək ki, oyunun 69-cu dəqiqədəsində Nuğay Rəşidov qırmızı vərəqə alıb.

Komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə rəqibin xeyrinə nəticələnmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM