satellite   Azerspace-1: 11135 H 30000

Qadın cüdoçumuz Aydan Vəliyeva dünya çempionatında bürünc medal qazanıb

Qadın cüdoçumuz Aydan Vəliyeva dünya çempionatında bürünc medal qazanıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın qadın cüdoçusu bürünc medal qazanıb. Tatami ustası Aydan Vəliyeva (48 kq) macarıstanlı Luka Vegi üçüncü yer uğrunda mübarizədə məğlub edib.

Qeyd edək ki, buna qədər komandamızın üzvü Şahin Oruczadə (55 kq) mundialın gümüş medalına sahib olub.

Xatırladaq ki, fərdi yarışlar avqustun 27-dək davam edəcək. Avqustun 28-də isə komanda yarışı keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM