satellite   Azerspace-1: 11135 H 30000

Cüdoçularımız dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaqlar

Cüdoçularımız dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaqlar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan komandasının 3 üzvü medal görüşünə çıxacaq. Belə ki, Nizami İmranov (60 kq) fransalı Dayyan Boulemtafes, Nicat Nağıyev (66 kq) italiyalı Federıko Bosis, Aydan Vəliyeva (48 kq) macarıstanlı Luka Veg ilə bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, komandamızın aktivində indiyədək bir medal var. Belə ki, millimizin üzvü Şahin Oruczadə (55 kq) mundialın gümüş medalını qazanıb.

Xatırladaq ki, fərdi yarışlar avqustun 27-dək davam edəcək. Avqustun 28-də isə komanda yarışı keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM