satellite   Azerspace-1: 11135 H 30000

“Audi” avtomobil şirkəti Formula 1-ə qoşulduğunu elan edib

“Audi” avtomobil şirkəti Formula 1-ə qoşulduğunu elan edib

“Audi” avtomobil şirkəti Formula 1-ə qoşulduğunu elan edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə avqustun 26-da start götürən Formula 1 Belçika Qran-Prisinə həsr olunmuş mətbuat konfransı zamanı məlumat verilib.

Almaniya şirkəti 2026-cı ildə Formula 1 yarışlarında çıxış edəcək.

“Audi”nin təkcə öz mühərriklərini yaratması deyil, həm də hazırda “Alfa Romeo” brendi altında fəaliyyət göstərən “Sauber” komandasının əsas sahibi olacağı gözlənilir. “Audi” rəhbərliyi komandanın səhmlərinin 75 faizinə sahib olmağı planlaşdırır. Lakin bu hələ rəsmi təsdiqini tapmayıb. “Audi”nin əməkdaşlıq edəcəyi komanda ilin sonunadək açıqlanacaq.

“Volkswagen” konserninin digər brendi “Porsche”yə gəlincə, onların Avstriyanın “Red Bull” komandasının tərəfdaşı kimi Formula 1-ə qatılacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM