satellite   Azerspace-1: 11135 H 30000

Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

"Mançester Siti"nin futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 22 yaşlı hücumçu buna "Notinqem Forest"ə 6:0 hesabı ilə qalib gəldikləri V tur oyununda het-trik etməklə nail olub.

Norveçli forvard Premyer Liqadakı ardıcıl iki matçında bunu bacaran 7-ci oyunçudur.

Daha əvvəl Les Ferdinand, İan Rayt, Tyerri Anri, Didye Droqba, Ueyn Runi və Harri Keyn eyni nailiyyətə imza atıb.

Qeyd edək ki, Erlinq Holann iyunun 13-də "Mançester Siti"yə keçib. Hücumçunun sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM