satellite   Azerspace-1: 11135 H 30000

Çimərlik voleybolu üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR

Çimərlik voleybolu üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font> Çimərlik voleybolu üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font> Çimərlik voleybolu üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, nazirliyin və Naxçıvan Voleybol Federasiyasının birgə təşkil etdiyi yarış Uzunoba Təlim-Məşq İdman Kompleksində reallaşıb. 8 komandanın iştirak etdiyi və 2 gün davam edən birincilikdə komandalar olimpiya sistemi üzrə mübarizə aparıblar.

Final qarşılaşmasında “Sədərək” və “Culfa” komandaları meydanda olub. Həlledici görüşdən 2-0 hesablı qələbə ilə ayrılan Sədərək idmançıları çimərlik voleybolu üzrə ilk muxtar respublika birincisi adını qazanıblar. Culfalılar ikinci yerlə kifayətlənib. Üçüncülük mübarizəsində “Şərur”dan üstün olan “Naxçıvan” komandası isə yarışı üçüncü sırada tamamlayıb. 

Muxtar respublikada çimərlik voleybolunun inkişafı və bu sahəyə marağın artırılması məqsədilə təşkil olunan birinciliyin sonunda ilk üç yerin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM