satellite   Azerspace-1: 11135 H 30000

Suqovuşanda avarçəkmə üzrə "Mingəçevir Reqatası" start götürür

Suqovuşanda avarçəkmə üzrə "Mingəçevir Reqatası" start götürür

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nda ilk günün proqramı bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, beynəlxalq yarışa işğaldan azad olunmuş Suqovuşanda start veriləcək.

İlk gündə kişilər və qadınlar arasında 200 metr məsafəyə kayak və kanoe yarışları baş tutacaq.

Bəzi yaş kateqoriyalarında iştirakçı sayı az olduğundan mübarizə birbaşa finaldan başlayacaq. Digərləri isə əvvəlcə yarımfinal, daha sonra final mərhələsində qüvvələrini sınayacaq.

Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandalarının iştirak edəcəyi reqatadan öncə rəsmi açılış mərasimi olacaq.

Komandalar bu gün Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyən edəcəklər.

Yarış 22-23 oktyabrda isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.

Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM